Albert Fert (7 mart 1938, Karkason) – fransız fiziki, Paris Elmlər Akademiyasının üzvü, Nobel mükafatı laureatı. 1962-ci ildə Paris Ali Normal Məktəbini bitirmiş, 1963-cü ildə Paris Universitetində doktor dərəcəsini almışdır. Qrenobl və Parisdə işləmişdir. 1978-ci ildən Paris-XI Universitetinin professorudur. Əsas elmi tədqiqatları bərk cisimlər fizikası sahəsindədir. Alman fiziki Qrünberqdən asılı olmadan 1988-ci ildə dəmir və xromun növbələnən laylarında nəhəng maqnit müqaviməti effektini müəyyənləşdirmişdir. Elektronikanın yeni sahəsinin – spintronikanın yaranmasında iştirak etmişdir. 2003-cü ildə Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin Qızıl medalı ilə təltif olunmuşdur.
Developed by StudentB